Xəbər lenti
Nazir Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünü kəsdi
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6 ildən artıqdır erməni girovluğunda saxlanlılan Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın təqaütü kəsilib."
Manevr.az xəbər verir ki, bu fikirləri Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov 7NEWS.az saytının bölgə müxbirinə bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı ƏƏSMN nin Şəmkir rayonunda yerləşən 20 saylı Region Üzrə Dövlət Əmək Müfəttişliyində olub.
"Mənə dedilər ki, anamın təqaütünün kəsilməsi ilə bağlı göstəriş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən gəlib. İndi mən nazir Sahil Babayevə müraciət edirəm. Niyə 6 ildən artıqdır erməni əsirliyində olan Dilqəm Əsgərovun həyat yoldaşının 220 manatı kəsilib? Axı dövlət başçısı dəfələrlə şəhid, qazi və girov ailələrinə diqqət və qayğı ilə yanaşılması istiqamətində tapşırıqlar verib. Məmurların vətəndaşlara yaxın olmasını tapşırıb. Təəssüf ki, bu tapşırıqlar yerlərdə yerinə yetirilmir. Görünür Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənim anama verilən 220 manata ehtiyacı var" - deyə K.Əsgərov bildirib.
Məlumat üçün bildirək ki, Dilqəm Əsgərovun həyat yoldaşı Əsgərova Firuzə Şura qızı 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd alırdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar