Xəbər lenti
Rayonlara gediş-gəliş yalnız bu halda BƏRPA EDİLƏ BİLƏR
“Payız və qış aylarında soyuqla əlaqədar koronavirus infeksiyasının artma ehtimalı var. Çünki hava soyuduqca, insanlar açıq havada deyil, daha çox qapalı məkanlarda olurlar. Bu da təmas riskini artırır. Biz də bu riski gözləmək üçün birinci növbədə məsafəni qorumalı və maskadan istifadə etməliyik”.
Manevr.az xəbər verir ki, bunu TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
Onun sözlərinə görə, bütün qapalı məkanlarda qoyulan qaydalara riayət edilməlidir:
“İnfeksiyanın artmasının qarşısını almaq üçün qapalı və insanların sıx olduğu məkanlarda, mütləq şəkildə maska taxılmalı, sosial məsafəyə riayət olunmalıdır. İstər ticarət obyektləri olsun, istər digər məkanlar olsun, burada müəyyən say üzərində insan girişi məhdudlaşdırılmalıdır. Belə yerlərə eyni anda çox insan daxil ola bilməz. Bura metro stansiyaları və digər nəqliyyat vasitələri, xüsusən də avtobuslar aiddir”.
İşçi qrupun rəhbəri əlavə edib ki, payız-qış mövsümündə xəstəliklərin qarşısını almaq üçün qripə qarşı peyvənd vurulması tövsiyə olunur.
V. Əliyev həmçinin bildirib ki, əgər əhali qoyulan qayda-qanunlara riayət etsə, rayonlara gediş-gəlişin bərpası problem yaratmayacaq:
“Əgər əhali qayda-qanuna əməl edərsə, düşünmürəm ki, vəziyyət pisləşər. Məsafə gözləməklə, maska taxmaqla bu virusdan qorunmaq olar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar