Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

“Uçan avtomobil”in sınaqları təqdim edildi

Tarix: 30-08-2020 11:19     Baxış: 4258 A- / A+
“Uçan avtomobil”in sınaqları təqdim edildi


Yaponiyanın "SkyDrive” startap şirkəti pilot tərəfindən idarə edilən "uçan avtomobil”in sınaqlarını kütləvi-informasiya vasitələrinin nümayəndələrinə təqdim edib.

Mərkəzi ofisi Tokioda yerləşən "SkyDrive” şirkəti "uçan avtomobil”in sınaqlarına ötən ilin dekabrında Aiçi prefekturasının Toyota şəhərində başlayıb. Həmin startap şirkətinin "Toyota”nın və digər avtomobil istehsalçısı olan şirkətlərin sabiq əməkdaşları tərəfindən yaradıldığı bildirilir. Bu avtomobillərdə pilotsuz uçan aparatların propellerindən istifadə edilir.

KİV nümayəndələri üçün təqdim edilən SD-03 modelinin sınaqları zamanı pilot bu nəqliyyat vasitəsini idarəetmə dəstəyi vasitəsilə istiqamətləndirib. Avtomobilin uzunluğu təqribən 4 metrə, hündürlüyü isə təqribən 2 metrə çatır.

Sınaqlar zamanı təqribən iki metr hündürlüyə qalxan avtomobil sınaq meydançasında saatda 4 kilometr sürətlə hərəkət edib.

Şirkətin nümayəndələrinin bildirdiyinə görə, "SkyDrive” Yaponiyada pilot tərəfindən idarə edilən "uçan avtomobil”in uğurlu sınağını keçirən ilk şirkətdir.

Əlavə olaraq qeyd edək ki, hazırda bütün dünya yollarda tıxacları aradan qaldırmağa yardım edəcək bu avtomobillərin istehsalını səbirsizliklə gözləyir.

“Uçan avtomobil”in sınaqları təqdim edildi
“Uçan avtomobil”in sınaqları təqdim edildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar