Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sentyabrda işsizlərə 190 manat yardım veriləcəkmi? (EKSPERT)

Tarix: 29-08-2020 16:35     Baxış: 4325 A- / A+
Sentyabrda işsizlərə 190 manat yardım veriləcəkmi? (EKSPERT)

"Sentyabr ayında işsiz vətəndaşlara birdəfəlik 190 manat yardım Prezidentin xüsusu qərarı əsasında verilə bilər”.


Manevr.az
xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun fikrincə, bu qərar verilərsə, yalnız Bakı, Sumqayıt və Abşeron vətəndaşlarına şamil olunacaq:

Sentyabrda işsizlərə 190 manat yardım veriləcəkmi? (EKSPERT)

"Əslində, sərt karantin rejimi deyil. Bəzi yerlərin açılması ilə bağlı qərar verilib. Yarımçıq da olsa, böyük ticarət mərkəzlərindən başqa bəzi sahələrdə - kafe və restoranlarda, qeyri-ərzaq dükanlarında açılış var. Bu yardımın verilməsi sentyabr ayı üçün büdcədə də nəzərdə tutulmayıb. Çünki büdcə dəyişiklikləri avqustun əvvəli təsdiqlənib. Sentyabr ayında işsiz vətəndaşlara 190 manat birdəfəlik yardım Nazirlər Kabinetinin, yaxud da Prezidentin xüsusu qərarı əsasında verilə bilər. Və qərar Bakı, Sumqayıt, Abşeron sakinlərinə şamil oluna bilər”.

Natiq Cəfərli bildirib ki, bəzi sahələrin açılmasına baxmayaraq, işsizliklə bağlı kifayət qədər problem hələ də qalır:

"Elə sahələr var ki, rəsmən qapalıdır. Toy biznesi, şadlıq sarayları, mərasim evləri, iri ticarərt obyektləri, idman salonları, hamam, saunalar bağlıdır. Amma etiraf edək ki, həmin yerlərdə işləyən insanlar var. Prezidentin Ehtiyat Fondu var. Bununla bağlı siyasi qərar olmalıdır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar