Sizin Reklam Burada
Xəbər lenti
26-08-2025
25-08-2025
BÜTÜN XƏBƏRLƏR

Telefona gələn bəzi SMS-lər dərhal silinməlidir - XƏBƏRDARLIQ

Tarix: 28-08-2020 09:33     Baxış: 4272 A- / A+
Telefona gələn bəzi SMS-lər dərhal silinməlidir - XƏBƏRDARLIQ


Telefona gələn bəzi SMS ismarıclar dərhal silinməlidir.

Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Sinerqiya" Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib.

Onun sözlərinə görə, bu xəbərdarlıq ilk növbədə bank əməliyyatlarının təsdiqlənməsi üçün göndərilən parolların, şifrələrin olduğu mesajlara aiddir.

Bundan başqa şəxsi kabinetə daxil olmaq üçün linkləri olan SMS-lər də silinsə yaxşı olar.

"Onlar birdəfəlik istifadə üçün olsalar da, fırıldaqçılar istifadə edə bilərlər", - deyə ekspert bildirib.

S.Kosarev həmçinin telefondakı hansı SMS-lərin saytlardan parolları özündə ehtiva etdiyini xatırlamağı məsləhət gördü.

"Hər ehtimala qarşı onlar "səbətə" göndərilməlidir", - deyə o əlavə edib.

Ekspert bildirib ki, mesajları təmizləməkdən başqa telefondakı məlumatların parol ilə qorunmasına diqqət yetirilməlidir.

"Bu barmaq izi, Face ID və ya rəqəmsal parol yolu ilə edilə bilər. Əsas odur ki, parolda 1, 2, 3, 4, 5 rəqəmləri olmasın. Bundan əlavə, telefon göz qabağında olsa belə kilidlənməlidir", - deyə S.Kosarev sözlərini yekunlaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar