Xəbər lenti
“Uşaq bağçasında bizə müvəqqəti yer versinlər” - Evsiz qalan məcburi köçkün
Bərdə rayonunda yaşayan məcburi köçkün Şəmsəddin Zeynalov iki azyaşlı uşağı ilə birlikdə evsiz qalıb. 10 ildir sığındığı tanışının evi satışa çıxarıldığından ailə getməyə yer tapmır.
Bu şikayətlə ailə başçısı Şəmsəddin Zeynalov müraciət edib. Əslən Laçın rayonundan məcburi köçkün olan şikayətçi deyir ki, qapısını döymədiyi dövlət qurumu qalmayıb. Bərdə Rayon İcra hakimiyyəti onu “Qaçqınkom”a, “Qaçqınkom” isə icra hakimiyyətinə yönləndirir.
“Dəfələrlə Bərdə RİH-də olmuşam. Hətta ərizə də yazmışdım, dedilər bu ərizəni boş yerə niyə yazmısan, get sənə evi “Qaçqınkom” versin. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildiriblər ki, ev növbəlilik prinsipi əsasında verilir, bunun üçün gərək növbəyə dayanım. Amma bizə indi başımızı soxmağa bir daxma lazımdır. Biz icra hakimiyyətindən sığınacaq verilməsini istəyirik. Demirik ki, bizə gözəl şəraitli ev verilsin, heç olmasa, uşaq bağçasının və ya hansısa idarənin daxilində bizə müvəqqəti bir yer ayrılsın”, - deyə şikayətçi bildirir.
Günəmuzd fəhləliklə ailəsini dolandıran Ş. Zeynalov deyir ki, bütün problemlər azmış kimi, bir də səhhətində ciddi problemlər yaranıb və yaxın günlərdə əməliyyat olunmalıdır.
Şikayətlə bağlı Bərdə Rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq.
İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirdilər ki, rayon ərazisində yaşayan məcburi köçkünlər üçün yeni bina tikilməsi nəzərdə tutulur. Həmin vətəndaşın problemi də diqqətdə saxlanılacaq və növbəlilik əsasında mənzillə təmin olunacaq. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar