Xəbər lenti
Qənirə Paşayeva Ramil Səfərovla görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla görüşüb.
Manevr.az bildirir ki, Mədəniyyət Komitəsində baş tutan görüşdə, Qənirə Paşayeva Ramil Səfərovu doğum günü münasibətilə də təbrik edib, ona şəxsi və iş həyatında uğurlar arzulayıb. Zabitimizin gələn ilki doğum gününü doğma Cəbrayılda keçirməsini arzu edən, Q.Paşayeva, əslində, bunun yalnız bir arzu olmadığını, dərin inamın ifadəsi olduğunu deyib. - "Bu inamı bizə cənab Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə və sizin kimi vətənpərvər zabitlərimizə bəslədiyimiz inam verir. İnşallah, Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağımızda torpaqlarımızı işğaldan azad edib, o torpaqlarda ləyaqətli həyatı bərpa edəcəyik".
Komitə sədri Qənirə Paşayeva Ramil Səfərova vətənimizin müdafiəsi istiqamətindəki fəaliyyətində daha da böyük uğurlar diləyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar