Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı

Tarix: 27-08-2020 11:46     Baxış: 5215 A- / A+
Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Lakin bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Göyçay rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində 1 ədəd “Eldar şamı” cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Göyçay rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla cari ilin fevral ayında Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun göstərişi ilə həmin ağacın məhv edilməsi və nəticədə təbiətə 18 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar