Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Atası ilə telefonla danışarkən ayı hücum edib parçaladı -ŞƏKİLLƏR

Tarix: 27-08-2020 06:07     Baxış: 4302 A- / A+
Atası ilə telefonla danışarkən ayı hücum edib parçaladı

Atası ilə telefonla danışan qadın ayının hücumuna məruz qalıb. Vəhşi heyvan onu parçalayıb.

CTV News-un məlumatına görə, dəhşətli hadisə Kanadanın Saskaçevan əyalətində baş verib.

Məlumata görə, 44 yaşlı Stefani Blez, həyat yoldaşı Kertis və övladları – doqquz yaşlı Eli, iki yaşlı Uma ilə gölün sahilində, meşədə, ailələrinə məxsus evdə dincəlirmişlər.

Stefaninin atasının sözlərinə görə, vəhşi heyvan hücum etməzdən əvvəl qızı atasına peyk telefonu ilə zəng edib və xarab olmuş nasosdan şikayət edib.

“Oğlu Eli onun yanında idi. O, uşağı peyk telefonu üçün antenanın dalınca yolladı ki, dalğa daha yaxşı tutsun. Bir neçə saniyədən sonra telefondan qəribə səslər gəldi və Stefani daha cavab vermədi”, - deyə yaşlı kişi bildirib.

Bir müddət sonra Stefaninin əri qayınatasına zəng edərək, qızının ayının hücumuna məruz qaldığını deyib. Kertisin sözlərinə görə, heyvanın gözünə bibər qazı balonundan püskürüb və iki dəfə atəş atıb. Yırtıcı öləndən sonra o, arvadının yanına qaçıb və xilas etməyə çalışıb. Lakin qadın həmin vaxt artıq ölmüş olub. oxu.az

Manevr.az

Atası ilə telefonla danışarkən ayı hücum edib parçaladı
Atası ilə telefonla danışarkən ayı hücum edib parçaladı
Atası ilə telefonla danışarkən ayı hücum edib parçaladı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar