Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda avara və dilənçələrə qarşı reyd keçiriləcək

Tarix: 26-08-2020 14:59     Baxış: 3212 A- / A+
Bakıda avara və dilənçələrə qarşı reyd keçiriləcək


Fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin tam və hərtərəfli təmin olunması üçün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktik tədbirlər gücləndirilib.

Xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə paytaxtın bütün ərazilərində naryad qrupları təlimatlandırılıb.

İctimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət həyata keçirilir.

Bundan əlavə, ictimai nəqliyyatda, küçə ticarəti ilə məşğul olanlarlara və avara və dilənçiliklə məşğul olanla qarşı da polisi tərəfindən reyd keçirilərək karantin qaydalarının tələblərinə əməl etməklə bağlı xəbərdarlıq edilib.

Bir daha, paytaxt sakinlərinin diqqətinə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə və insanlar arasında ara məsafəsinə dair tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə, qalan digər tələblərin pozulması isə 211.1-ci maddəsi ilə inzibati xətaya səbəb olur. Mövcud qayda və tələblərə əməl etməyən, fəaliyyətinə icazə verilən sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri barəsində qanunverıciliyə uyğun tədbirlər görüləcək./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar