Xəbər lenti
Keçmiş arvadından Bəxtiyarla bağlı iddia: "Məni döyüb, xəstəxanalıq edirdi"
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) bir neçə gün əvvəl ikinci dəfə nikah masasına oturub.
Manevr.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçinin birinci həyat yoldaşı onunla bağlı iddialar ortaya sürüb. Fərqanə Həsənova bildirib ki, Bəxtiyar tez-tez onu döyürmüş:
"Mənə əl qaldırırdı. Bu döymələr hələ bal ayından başlamışdı. Nə edəcəyimi bilmirdim və heç kimə demirdim. Düzdür, mələk deyiləm, amma qadına qarşı zorakılıq yaxşı deyil. Bəxtiyarın ciddi psixoloji problemləri var. Saçımdan tutub, məni yerdə sürüyürdü".
Müsahibə zamanı Fərqanə ifaçı haqda şok sözlər deyib. O, 3 il ərzində əziyyət çəkdiyini, hədsiz çəki atdığını, əsəb xəstəsi olduğunu açıqlayıb. Fərqanə tez-tez həkimlərə müraciət edyini də gizlətməyib:
"Xəstəxanada belə yatdım. 21 yaşım var idi, Bəxtiyar ilk həyat yoldaşım olub. Məni qınayırlar, amma ona ərə gedəndə nə evi, nə maşını var idi. Bir ərəfə ona yalvardım ki, münasibətlərimizi düzəldək, ailəmizi qoruyaq. Sən demə, həmin ərəfədə o, mənə xəyanət edirmiş".
Qeyd edək ki, Bəxtiyar və Fərqanə ötən ilin oktyabrında boşanıb. O, ikinci dəfə Səidə adlı xanımla ailə qurub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar