Xəbər lenti
"Sən xristiana ərə gedə bilməzsən, biz müsəlmanıq" - 17 yaşlı qızın saçı kəsildi, qabırğası sındırıldı
Bosniyalı, 17 yaşlı müsəlman qız döyülüb, uzun saçları dibindən kəsilib.
Manevr.az musavat.com-a istinadən bildirir ki, o, 20 yaşlı, milliyyətcə serb olan, xristian oğlanla eşq macərası yaşadığına görə belə qəddarlıqla üzləşib.
"İşgəncə aktı" bazar ertəsi Fransanın şərqindəki Besancon şəhərində baş verib. Məhkəmə mənbələrinə görə gənc qızın bədəni döyülməkdən qançır olub, qabırğası sınıb. Bu məlumatı Böyük Britaniyanın "The Mirror" qəzeti yayıb. Xəbərdə deyilir ki, qız valideynləri, xalası və əmisi tərəfindən zorakılığa məruz qalıb. Prokurorluq cümə günü bildirib ki, qızın qohumları yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq ittihamı ilə mühakimə olunurlar.
Fransanın Daxili İşlər naziri Gerald Darmanin "Twitter"də yazıb:
"Bir xristianı sevdiyi üçün saçı kəsildi və şiddətlə döyüldü. 17 yaşlı qıza edilən işgəncə hərəkətindən dolayı dərin sarsıntı keçirdim. Bu vəhşilik ən ağır cəzaya layiqdir".
"The Mirror" bildirir ki, qızla oğlan eyni binada yaşayırlar. Qız iki il əvvəl ailəsi ilə Bosniya-Herseqovinadan Fransaya gəlib, son bir neçə ayda o, serb oğlanla münasibətdə olub.
Prokuror müavini Marqaret Parietti "Agence France-Presse"-ə (AFP) deyib:
"İki ailə bir-birini xeyli müddətdir tanıyırdı və onların münasibətlərində hər hansı problem müşahidə olunmayıb. Ancaq evlilik haqqında söhbət ortaya çıxdıqda qızın valideynləri "sən xristiana ərə gedə bilməzsən, biz müsəlmanıq", deyib".
Bosniyalı, müsəlman əsilli qızın həbs olunmuş valideynləri, xalası və əmisi az sonra polis nəzarəti altında sərbəst buraxılıb. Lakin mühafizəyə götürülən yeniyetmə qız ilə əlaqə qurmaq onlara qadağandır. Qızın harada olması da sirr kimi saxlanır. Qızın ailəsi gənc sevgililərinin qoşulub qaçmasından əvvəl onun telefonunu əlindən alıb. İstəyiblər ki, qız sevgilisi ilə əlaqə qura bilməsin. Dörd gündən sonra gənc sevgililər oğlanın valideynləri ilə birlikdə qızın ailəsinin evinə gəliblər.
Prokuror deyir ki, ilk zərbəni ana endirib. Sonra zorakılıq baş alıb gedib:
"Qızı bir otağa salıb, döyüblər. Qızın istintaqa verdiyi ifadəsinə görə o, döyülərkən əmisi onun saçını kəsib".
Gənc oğlan hadisəni polisə bildirmək üçün evdən çıxıb, ancaq onun valideynləri istintaqa bildiriblər ki, onların qızın döyülməyinə müdaxilə etməyə cəsarətləri çatmayıb. Otaqların birində gizlədilmiş qız polis tərəfindən aşkar edilib və onu xəstəxanaya aparıblar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar