Xəbər lenti
Azərbaycan vətəndaşları hansı ölkələrə təyyarə ilə səfər edə bilərlər?
Mart ayından etibarən Azərbaycanda pandemiya ilə əlaqədar bütün istiqamətlər üzrə uçuşlar dayandırıldı, ancaq iyun ayından reyslərin bərpası başlanıldı. "Azərbaycan Hava Yolları" QSC ilk xüsusi reysini Türkiyənin İstanbul şəhərinə etdi. İlk günlərdə reyslər məhdud sayda olsa da, sonradan AZAL uçuşları gündəlik həyata keçirməyə başladı.
İstanbulun ardından AZAL Londona və Berlinə də xüsusi reyslər yerinə yetirməyə başladı. Manevr.az trend-ə istinadən Azərbaycandan xaricə xüsusi reyslə səfər edə biləcəyiniz şəhərləri və uçuş qaydalarını təqdim edir:
AZAL İstanbula uçuşları hər gün, Londona hər həftənin cümə axşamları, Berlinə cümə günləri yerinə yetirir. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar. Bakı-İstanbul reysinə aviabiletlər Azərbaycan, Türkiyə və bu ölkəyə gəlmək hüququ olan digər dövlətlərin vətəndaşları tərəfindən əldə edilə bilər.
Bakı-London reysi ilə Böyük Britaniyaya gəlmək hüququ olan sərnişinlər daşına bilər. Bundan əlavə, uçuşdan əvvəl 48 saat ərzində www.gov.uk/provide-journey-contact-details-before-travel-uk saytında onlayn anket doldurulmalıdır. Anket göstərilən müddət ərzində doldurulmadığı təqdirdə, Londonun "Heathrow" hava limanının miqrasiya strukturlarının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilərlər.
Bakı-Berlin reysindən Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları yararlana bilərlər.
Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr vətənə qayıtdıqda hər üç istiqamətdə aviabilet alarkən 30% endirimdən yararlana bilər. Güzəştli aviabiletin rəsmiləşdirilməsi proseduru üzrə videotəlimatla, İstanbul-Bakı reysi ilə eyni qaydada, burada tanış ola bilərsiniz: https://youtu.be/HylsY0m9cEM
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar