Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qəribə, lakin real olan yeddi DONDURMA

Tarix: 20-08-2020 14:21     Baxış: 4306 A- / A+
Qəribə, lakin real olan yeddi DONDURMA


Adət etdiyiniz karamelli, şokoladlı, limonlu və hətta peçenye ilə olan dondurmaları unudun. Bu, hər an dondurma yemək istəyənləri belə bir-iki dəqiqə düşünməyə vadar edəcək. Adını eşitdikdə "doğurdanmı" sualına cavab axtaracağınız dondurmalar var. Məsələn, çiy at ətindən. Bunu sevən var! Hələ hinduşka, qaz ciyərindən, acı bibərli dondurmaları demirik.

1. ÇİY AT ƏTİNDƏN DONDURMA


Tokionun Namja Town adlanan qapalı əyləncə mərkəzində Ice Cream City (dondurma şəhəri) adlı dondurma mağazası var və burada çiy at ətindən olan dondurmadan başlamış, tərkibində inək dili, duzlu, dəniz suyu, kalmara və səkkizayaqlı ilbizə qədər olan bir çox maraqlı dondurma növləri var.

2. MANQO TURŞULU DONDURMA


Amerikanın ən "maraqlı" dondurma şirkətlərindən biri olan Jeni's Splendid İce Cream həmişə sərhəd tanımayan möhtəşəm dondurma istehsalçısıdır. Ən son yenilik, manqo turşusu ilə olan dondurma növüdür: dondurma əslində qaymaqlı pendirdən hazırlanır, sonra üstünə ətirli sirkə, ağ bibər, qərənfil və mixək ilə qarışdırılmış manqo turşusunun sousu tökülür.

3. QARĞIDALILI DONDURMA


Nyu- Yorkdakı Max & Mina adlı dondurma istehsalçısı 1998-ci ildən bəri ən qeyri-adi ləzzətləri sınayanlardan biridir. İstehsal etdikləri dondurmaların əksəriyyəti babalarının resept kitabından götürülür. Bununla belə, hər kəsin xoşladığı dadlardan əlavə, qarğıdalılı, yaban turplu, sarımsaqlı, pizzalı, hisə verilmiş balıqlı və bibərli dondurmalar da var.

4. QAZ CİYƏRLİ DONDURMA


Nyu- Yorkda yerləşən OddFellows dondurması, eksperimental dondurma ləzzətləri ilə də məşhurdur. 2013-cü ildə 300-dən çox dondurma çeşidi sınayan, dondurmaçının qaz qaraciyərli dondurması var.

5. ARMUDLU KİFLİ PENDİRLİ DONDURMA


ABŞ-dakı Salt & Straw dondurmaçısına görə ən yaxşı dadlar ədviyyat və şəkər qarışığından alınır. Bunlardan biri armud və kifli pendir hissəciklərini birləşdirdikləri daddır.

6. ACI BİBƏRLİ DONDURMA

Əslində hər hansı acı bibər deyil. Dünyanın ən acı bibəri kimi tanınan Hindistana xas olan jolokia bibərli dondurma! Məsələn, Amerikanın bəlkə də ən qeyri-adi dondurmaçısı olan The İce Cream Store-da vanilli dondurma tapa bilməzsiniz. Bunun əvəzinə Afrika vanilli və ya Madaqaskar vanilli çəyirdəkli dondurmalar var. Ancaq iş bununla bitmir! Jolokia ətirli dondurma, həmçinin xəyal bibəri və ya zəhər də adlandırılan dondurma hər kəs üçün uyğun deyil.

7. ƏNCİRLİ HİNDUŞKALI DONDURMA


İtaliya dondurması (gelato) istehsal edən Il Laboratorio del Gelato adlı dondurmanın ən qeyri-adi növlərindən biri əncir və hinduşkalı dondurmasıdır./lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar