Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Həsənov ölkədən getdi - Təcili

Tarix: 20-08-2020 12:22     Baxış: 3276 A- / A+
Əli Həsənov ölkədən getdi

“Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov dünən axşam təcili olaraq Türkiyəyə aparılıb.

Manevr.az "BakuPost"-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ə.Həsənovun qohumları sosial şəbəkələrdə paylaşıb.

Onun yaxın qohumu Elton İbrahimovun verdiyi xəbərə görə, “Son bir neçə həftə ərzində Əli müəllimin ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruzə verməyə başlayıb. O ev şəraitində müalicə alsa da, dünən gecə səhhəti qəflətən pisləşdiyiinə görə Türkiyəyə yola salınıb və dərhal da xəstəxanaya yerləşdirilib”.

Qeyd edək ki, Ə.Həsənov bir neçə ildir ağır ürək xəstəliyindən əziyyət çəkir. O, indiyədək 2 dəfə açıq ürək əməliyyatı keçirib.

Xatırladaq ki, Ə.Həsənov 2019-cu ilin noyabrında tutduğu vəzifədən uzaqlaşdırılıb. Ondan sonra ona qarşı müxtəlif ittihamlar irəli sürülüb. Hətta onun həbs ediləcəyi barədə məlumatlar da yayılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar