Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Sədərək" Ticarət Mərkəzindən yeni AÇIQLAMA

Tarix: 17-08-2020 19:00     Baxış: 4266 A- / A+
"Sədərək" Ticarət Mərkəzindən yeni AÇIQLAMA


Bakıda fəaliyyətini müvəqqəti dayandıran "Sədərək" Ticarət Mərkəzində dezinfeksiya işləri davam etdirilir.


Manevr.az
trend-ə istinadən xəbər verir ki, mərkəzdən verilən məlumatda ticarət mərkəzi ərazisində hər gün profilaktik tədbirlərin görüldüyü bildirilib:

"Hazırda bazar ərazisindəki bütün mağaza və obyektlər gündəlik dezinfeksiya edilir, ərazidə təmizlik işləri aparılır. Ticarət Mərkəzində onlayn satış davam edir. Təxminən sahibkarların 10-20 faizi onlayn ticarətlə məşğuldur. Digər sahibkarlar isə fəaliyyətini dayandırıb.

Ticarət Mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və təkliflərinə tam qaydada riayət olunur. Bazar ərazisində onlayn satışla məşğul olan sahibkarların da qaydalara əməl etməsinə ciddi nəzarət olunur. Bazar ərazisinə daxil olan şəxsin kimliyindən asılı olmayaraq tibbi maska və qoruyuculardan istifadəsi vacibdir".

Xatırladaq ki, ölkədə yayılan koronavirus infeksiyasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Bakıda və digər 12 şəhər və rayonda sərt karantin elan edilib və həmin ərazilərdə fəaliyyət göstərən iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar