Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda həbs edilən məmurun cinayət işi MƏHKƏMƏDƏ

Tarix: 14-08-2020 13:19     Baxış: 4273 A- / A+
Azərbaycanda həbs edilən məmurun cinayət işi MƏHKƏMƏDƏ


Ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, bu dövrdə işləməyən şəxslər və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında neqativ hallara təəssüf ki, hələ də rast gəlinməkdədir. Bu kimi hallara qarşı prokurorluq orqanlarının ardıcıl və kəsərli tədbirləri davam etdirilir.


Yevlax rayon Prokurorluğundan verilən məlumata görə, bu çərçivədə aparılan tədbirlərdən biri kimi, Yevlax Rayon İcra Hakimiyyətinin başçısının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Mikayıl Əsədovun Heydər Əliyev Fondu tərəfindən rayon ərazisində yaşayan aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam paylaması barədə rayon prokurorluğuna daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Mikayıl Əsədovun Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam şəkildə paylayaraq mənimsəməsinə, bununla da fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Avqustun 6-da Mikayıl Əsədova Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. Avqustun 13-də cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar