Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yenidən devalvasiya gözlənilir?

Tarix: 11-08-2020 14:12     Baxış: 4394 A- / A+
Azərbaycanda yenidən devalvasiya gözlənilir?


"Manatın tam üzən məzənnəyə keçməsi gec-tez olmalıdır. Bəlkə də pandemiya araya düşməsəydi, Mərkəzi Bank və Nazirlər Kabineti artıq müəyyən addımlar atmış olacaqdı. Amma birbaşa keçid olsa, bizim sahibkarlar, eləcə də əhali bir sıra problemlərlə üzləşə bilər”.


Manevr.az
xəbər verir ki, bunu deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, indiki vəziyyətdə tam üzən məzənnəyə keçid o qədər də asan məsələ deyil:

"Pandemiya qurtarandan sonra vəziyyətə baxarıq. Mənə elə gəlir ki, hələlik Mərkəzi Bank da, hökumət də manatın məzənnəsinin hazırkı səviyyədə saxlanılmasının üzərində dayanıb”.

Vahid Əhmədov müəyyən müddətdən sonra milli valyutanın ABŞ dolları qarşısında dəyər itirmə ehtimalından da danışıb: "Əlbəttə, manatın taleyi bizi narahat edir. Çünki neftin qiyməti o qədər də yüksək deyil. Xüsusən də qeyri-neft sektorunda pandemiya ilə əlaqədar xeyli problemlər var. Cənab Prezident də qeyd etdi ki, yavaş-yavaş müəyyən istehsal sahələrində yumşalma gedəcək. Amma dolların manata nisbətdə dəyər qazanması da istisna deyil. Amma hökumət qabaqlayıcı addımlar atasa, bunun qarşısını ala bilər”./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar