Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı müğənni koronavirusdan vəfat edib

Tarix: 08-08-2020 21:28     Baxış: 3277 A- / A+
Azərbaycanlı müğənni koronavirusdan vəfat edib


Təbrizli müğənni və musiqi müəllimi Cavid Murtəzaoğlu avqustun 6-da Türkiyədə vəfat edib. Türkiyə mediasının bildirdiyinə görə, mərhum sənətkar koronavirus səbəbilə iyul ayının 12-dən bəri İstanbulun Cemil Taşçıoğlu şəhər xəstəxanasında yatırdı.

İran Azərbaycanının ələvi türk cəmiyyətinə mənsub olan müğənni Türkiyədə ifa etdiyi ələvi mahnıları ilə məşhur olmuşdu.

1962-ci ildə Təbrizdə dünyaya gələn Murtəzaoğlu həmin şəhərdə Əli Səlimi, Mahmud Şatıryan, Əli Fərşbaf və Həsən Dəmirçi kimi musiqi ustadlarından dərs aldıqdan sonra, 1993-də Bakı Konservatoriyasında təhsil almaq üçün Azərbaycan Respublikasına mühacirət etmişdi.

Manevr.az "Amerikanın səsi"nə istinadən bildirir ki, daha sonra Türkiyəyə yerləşən sənətkar uzun müddət yaşadığı İstanbul şəhərində müğənni və musiqi müəllimi kimi fəaliyyət götəriib. İran Azərbaycanının ələvi türk (əhli-haq) icmasına mənsub olan müğənni Türkiyədə ifa etdiyi ələvi mahnıları ilə məşhur olmuşdu.

Türkiyənin "Hürriyet" qəzetində yazılanlara görə, "dünyaca məşhur sənətkar Cavid Murtəzaoğlu caz formatı ilə muğam strukturunu bir araya gətirərək ifa etdiyi musiqi tərzini 'caz-muğam' adlandırırdı."

Türkiyədə Cavid Murtəzaoğlunun vəfat xəbərini dərc edən "Haber Türk", "Sözcü" "Vatan", "Hürriyet" və "Sabah" kimi qəzetlər, həmçinin onun həyat hekayəsi və sənət fəaliyyətləri haqqında geniş məlumat veriblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar