Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Vilayət Eyvazovdan QƏRAR: Mülki silahın alınması maddəsində dəyişiklik edildi

Tarix: 08-08-2020 10:39     Baxış: 3338 A- / A+
Vilayət Eyvazovdan QƏRAR: Mülki silahın alınması maddəsində dəyişiklik edildi


“Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da dəyişiklik edilib.

Manevr.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Qərara əsasən, sənədin 6-cı maddəsində dəyişiklik olunub. Qeyd edək ki, Təlimatın 6-cı maddəsi mülki silahın əldə edilməsi ilə bağlı icazə sistemini müəyyənləşdirir.

Həmin sənədə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var.

Şəxs spirtli içkilərə, narkotik vasitələrə və ya psixotrop maddələrə aludədirsə, ruhi xəstəliyi, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi rəyi olduqda onun mülki silah almaq hüququ yoxdur.

Bu barədə sənədin 6.45.2-ci yarımbəndində yazılıb.

Nazir Vilayət Eyvazovun qərarı ilə isə həmin yarımbənddə olan “səhiyyə orqanının tibbi rəyi” sözləri, “tibb müəssisəsinin rəyi” sözləri ilə əvəzlənib.

Qərar iyulun 31-dən qüvvəyə minib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar