Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vurduğumuz PUA-ları Ermənilər kimdən alır?

Tarix: 08-08-2020 10:03     Baxış: 4293 A- / A+
Vurduğumuz PUA-ları Ermənilər kimdən alır?


Ermənilər pilotsuz uçuş aparatlarını Çin və Rusiya ilə yanaşı, Belarusdan da alırlar. Bizim həmin aparatları müəyyən etməyimiz çox asandır.

Manevr.az
xəbər verir ki, bunu musavat.com-a açıqlamasında ermənilərin daha bir PUA-sının Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilməsinə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov deyib. O, təkcə Tovuz hadisələrindən bu günədək düşmənin 10 pilotsuz uçuş aparatının məhv edildiyini söyləyib.

“Avqustun 6-da ermənilərin daha bir pilotsuz üçan aparatı vuruldu. Bu, düşmənin növbəti primitiv addımıdır. Onlar həmin aparatı "pilotsuz uçuş aparatı" kimi təqdim edir. Amma elə də əhəmiyyətli aparatlar deyil. Azərbaycan HHQ iyul ayında Tovuz istiqamətində təxribatlar törədən zaman ermənilərin ən azı 10 pilotsuz üçuş aparatını məhv edib. Bu aparatların məhv edilməsi bizim HHQ üçün çox asandır. Sadəcə, ermənilər hər dəfə buna niyə cəhd edirlər, anlaya bilmirəm”, - deyə o qeyd edib.

Ü.Cəfərovun sözlərinə görə, ermənilərdə olan uçuş aparatları əsasən Rusiya istehsalıdır:

“Bizim vurduğumuz pilotsuz uçuş aparatları arasında Çin istehsalı olanlar da olub. HHQ-nin bu uçuş aparatlarını aşkar etməsi çox asandır, amma bizim İsraildən alınan pilotsuz uçuş aparatlarını müəyyən etmək çox çətin və hətta mümkünsüzdür. Ermənilər özləri də bunu dəfələrlə etiraf ediblər. Bu yaxınlarda ermənilərlə rusların birgə keçirdiyi hərbi təlimlərdə məhz pilotsuz üçan aparatlarının müəyyən edilməsi istiqamətində çalışıldı. Çünki ermənilər həm 2016-cı ildə, həm də 2020-ci ildə Tovuz istiqamətində çox əziyyət çəkdilər, texnika itirdilər. Tovuz hadisələrində bizim Hava Hücumundan Müdafiə qüvvələrimizin vurduğu pilotsuz təyyarə Rusiya şirkətinin istehsalı idi. Qanad açdığı eni 3,3 metr, uzunluğu isə 2.1 metr idi. Uçuş sürəti isə 85-115 km/saatdır. 130 kilometr dərinliyə nüfuz edərək 8 saat havada qala bilir. Son 5 ildə ermənilər bu şirkətdən pilotsuz uçuş aparatları alıblar. Bizim pilotsuz uçuş aparatlarının havada qalmaq imkanı on saatlarla ölçülür. Uzun məsafəyə nüfuz edə, daha yüksək mövqelərdən məlumatlar əldə etmək imkanlarına malikdir”.

Hərbi ekspert ermənilərin pilotsuz uçuş aparatları ilə bağlı daha bir maraqlı məlumat verib. Deyib ki, ermənilər Çin və Rusiya ilə yanaşı Belarusdan da bu cür aparatlar alıblar. Amma İsrail onlara pilotsuz uçuş aparatları satmayıb: “Belarusdan alınan aparatlar əsasən kənd təsərrüfatında və hərbi ilə bağlı olmayan sahələrdə istifadə olunmuş aparatlardır. Belə deyək ki, dronların bir az modernləşdirilmiş formasıdır. Üzərinə kameralar yerləşdirilir və onlayn qaydada kəşfiyyat xarakterli uçuşlar həyata keçirilir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar