Xəbər lenti
“Sədərək” Ticarət Mərkəzi, “Mall”ar açılmalıdır! - Deputatdan etiraz
"İlk olaraq, indiki çətin vaxtda dövlətin əlavə yüklənməsinin tərəfdarı deyiləm”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, koronavirus bəlasından daha az iqtisadi və maliyyə itkisi ilə çıxmalıyıq:
"SMS qaydasının ləğv edilməsi ilə insanların küçələr axışdığını müşahidə edirik. Əgər biz insanların küçələrdə, meydanlarda kütləvi şəkildə gəzintisini görürüksə, niyə ayrı-ayrı müəssisələrdə iş bərpa olunmasın? Marketlərdə insanların sayı daha çoxdur, nəinki mebel mağazalarında. Hansısa əşyanı almaq üçün qeyri-ərzaq mağazalarına gedən insanların sayı marketə gedənlərdən azdır. Ayrı-ayrı qeyri-ərzaq mağazaları ciddi karantin qaydalarının tətbiqi ilə açılmalıdır. Karantin rejimi qaydalarına vətəndaşların riayət etməsini tələb etməklə, insanların işləməsinə şərait yaratmalıyıq. "Sədərək” Ticarət Mərkəzindən, "Mall”ardan, digər ticarət mərkəzlərindən insanlar evinə çörək aparır. Niyə bu müəssisələr bağlı qalıb?”.
Deputat bildirib ki, Azərbaycanda testin qiyməti də kifayət qədər bahadır: "Bu məsələyə də ciddi şəkildə baxılmalı, testin qiyməti minimuma endirilməli, mümkün olsa, pulsuz olmalıdır” /modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar