Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Restoranlar, kafelər, metro, əyləncə mərkəzləri ən azı ilin sonuna qədər qapalı qalmalıdır — AÇIQLAMA

Tarix: 02-08-2020 16:05     Baxış: 4302 A- / A+
Restoranlar, kafelər, metro, əyləncə mərkəzləri ən azı ilin sonuna qədər qapalı qalmalıdır — AÇIQLAMA


Pandemiya qaydalarına riayət edilməsi şərti ilə müəyyən yumşaltmaların olması vacidbir. Eyni zamanda bu qaydaları ciddi şəkildə gözləməklə və COVİD-19 testindən keçməklə insanların rayonlara, çimərliklərə buraxılması təmin edilməlidir.


Manevr.az
teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib.

Doktor restoranların, kafelərin, metronun, əyləncə mərkəzlərinin ən azı ilin sonuna qədər qapalı qalmasını daha məqsədəuyğun sayıb: "Xəstəliyin yayılmaması üçün bu, başlıca şərtdir. Digər sahələrdə isə açılımlar, yumşalmalar ola bilər. Çünki qapanmadan insanlar daha çox sarsıntı keçirirlər".

Yazgül Abdiyeva qeyd edib ki, yoluxma sayı nə qədər çox olsa, virusun virulentliyi azalmış olur: "Yəni, əvvəllər ölüm hadisələri daha çox olurdusa, bu, tədricən azalmağa doğru gedəcək. Çox guman ki, ölkəmizdə 80 faiz insan bu virusa yoluxacaq".
Yazgül Abdıyeva bildirib ki, ABŞ-da, Avropa ölkələrində, Çində, Rusiyada vaksinlə bağlı hazırlıqlar gedir. Onun sözlərinə görə, ümumi kliniki nəticə əldə etmək üçün minimum 6 ay vaxt lazımdır.

Doktor "MERS" və "Sars" virusu kimi COVİD-19-un da zamanla yox olacağını və itəcəyi bildirib: "Bir müddət sonra bu virusun viruletliyi tamam azalacaq. Çünki hazırda elə adam var ki, virusu simptomsuz keçirir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar