Xəbər lenti
Hulusi Akar: "Təlimlər planlıdır, bəziləri yanlış mənalar yükləyir..."
"Azərbaycan türkü bizim can qardaşımızdır. Onlar bizim canımızdır, dostumuzdur, onların taleyini və acısını paylaşır, bu hücumu nifrətlə qınayırıq. Hücum zamanı şəhid olanlara Allahdan rəhmət diləyirik".
DHA xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanda birgə keçirilən təlimlər və bir müddət öncə Tovuzda düşmənin təxribatları ilə bağlı açıqlama verərkən deyib. Nazir təlimlərin planlı şəkildə icra edildiyini və bəzilərinin buna yanlış mənalar yüklədiyini bildirib:
"Hazırda bizim orda illik planlı təlimlərimiz gedir. Quru və hava qüvvələrindən olan hərbçilərimiz Azərbaycanda qardaşlarımızla birlikdə geniş, iki ölkənin silahlı qüvvələri üçün də xeyirli işlər aparırlar. Biz hər zaman olduğu kimi Azərbaycanlı qardaşlarımızın yanındayıq, yanında olmağa davam edəcəyik. Azərbaycanın güclənməsi üçün edilməsi lazım olan nə varsa bu günə qədər etdik, imkanlarımızı bu istiqamətdə istifadə etdik, bundan sonra da istifadə etməyə davam edəcəyik. Hazırda davam etməkdə olan "TurAz qartalı" təlimi ilə Türkiyə-Azərbaycan atışlı müştərək təlimimiz var. Bunlar hamısı planlı təlimlərdir. Bəziləri başqa mənalar yükləyirlər. Planlı təlimlər edərək ordakı tədris fəaliyyətimizi aparırdıq və buna da davam edəcəyik. Hazırda da fəaliyyət uğurla davam etdirilir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar