Xəbər lenti
Azərbaycanda yüzlərlə əsgəri ölümdən xilas edən həkim koronavirusdan öldü - ŞƏKİL
Azərbaycanda daha bir həkim COVID-19 infeksiyasının qurbanı olub.
Bu barədə jurnalist Səlim Əzizoğlu məlumat paylaşıb.
Məlumata əsasən, aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov koronavirusdan dünyasını dəyişib:
"Doğrudan da, ölüm yaxşıları aparır... Aprel döyüşləri zamanı öz iş yerində səngərdə olan, onlarla əsgərimizi həyata qaytaran Teymur doktoru koronavirusun cəngindən qurtarmaq mümkün olmadı. Mərkəzi Hərbi Hospitalın həkimi, gözəl insan Teymur Cəfərov bu səhər vəfat etdi".
Qeyd edək ki, Teymur Cəfərovun müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə nəzarətə götürülmüşdü. O, Mərkəzi Hərbi Hospitalda EKMO ciahazına qoşulmuşdu.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar