Xəbər lenti
31 il bu adada tənha yaşayan şəxs yurdundan QOVULUR -ŞƏKİLLƏR
Sardiniya adası yaxınlığında yerləşən İtaliyanın Budelli adasında 81 yaşlı Mauro Morandi 31 il ərzində tək yaşayıb. Adanın yeganə sakini olan şəxs eyni zamanda buranın nəzarətçisidir. Lakin yaşadığı evin qanunsuz tikildiyini elan edən hökumət onu buradan çıxarmaq qərarına gəlib.
Bu barədə "CNN travel" yazır.
Əvvəllər idman müəllimi işləyən Morandinin katamaranı 1989-cu ildə Budelli yaxınlığında xarab olub. Adanın mənzərəsinə aşiq olan Mauro gözəl məkanda həmişəlik qalmaq qərarına gəlib.
O, turistləri qarşılayır, zibilləri təmizləyir və sosial şəbəkələrdə gözəl peyzajları paylaşır.
Lakin 2016-cı ildə İtaliya hökuməti adanı "La Maddelana" Milli Parkının tərkibinə daxil edib və Morandinin mənzili qanunsuz statusuna keçib. Hazırda bu evi söküb, yerində ekoloji rəsədxana qurmaq planlaşdırılır.
31 il bu adada tənha yaşayan şəxs yurdundan QOVULUR - FOTOMorandi hesab edir ki, o olmasa, ada baxımsız qalıb məhv olacaq.
"Mən zibilləri təmizləyirəm və gecələr bura "çağırılmamış qonaq"ların gəlməsinə imkan vermirəm. Əslində, bu günə qədər Budellinin qayğısına qalan, park rəhbərliyinin yerinə yetirməli olan nəzarətçi vəzifəsini yerinə yetirən yeganə şəxs olmuşam", - deyən Morandi yaşamağa başqa yerinin olmadığını və özünü başqa məkanda təsəvvür etmədiyini vurğulayıb
Morandi Budellidə qalmaq üçün əlindən gələni etməyə hazırır. İnternetdə onu dəstəkləyən güclü kampaniyaya start verilib. big.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar