Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Restoran və ticarət mərkəzləri bu şərtlərlə açıla bilər – AÇIQLAMA

Tarix: 30-07-2020 06:10     Baxış: 3205 A- / A+
Restoran və ticarət mərkəzləri bu şərtlərlə açıla bilər

“Fikrimcə, indiki məhdudiyyət şəraitində də restoran və ticarət mərkəzlərini açmaq olar. Lakin burada sosial məsafə gözləmək əsas şərt olmalıdır”.

Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

O əlavə edib ki, may-iyun aylarında yumşaldılma olarkən şəhərdəki ticarət mərkəzlərinə üz tutan insanlar sanki koronavirus olmamış kimi özlərini aparırdılar:

“Bunun nəticəsi o oldu ki, yoluxma sayı 600 nəfəri keçdi. Bəzi xarici ölkələrdə də sosial məsafə gözlənilməklə ictimai iaşə obyektləri və ticarət mərkəzləri fəaliyyət göstərir. Mən çox istərdim ki, Azərbaycanda günü bu gün ictimai iaşə obyektləri açılsın. Lakin stollar arasında məsafə böyük olsun, ofisiantlar sanitar qaydalara riayət etsin, insanlar obyektlərə yer yoxdursa, ora mütləq masanın qoyulmasını təkid etməsinlər. Eyni zamanda ticarət mərkəzlərində sosial məsafə prinsiplərinə, maska taxılmasına və gigiyenik qaydalara əməl etməklə, günü bu gün onları açmaq olar.

Bu gün Bakıda əhalinin çoxu maskadan istifadə edir. Lakin əksəriyyət maska ilə ağız və burun nahiyəsini örtmək əvəzinə, onu boğazına taxırlar. Sanki koronavirus boğaz vasitəsilə keçir. Bu, yolverilməz haldır və maskadan düzgün formada istifadə olunmalıdır.

Koronavirus hər bir vətəndaş üçün sınaqdır. Mənim tanıdığım onlarla şəxs həyatının çiçəklənən dövründə dünyasını dəyişiblər. Hər gün həyatını itirən 5-10 nəfərin faciəsi təkcə onun ailəsi deyil, nəsli üçün faciədir. Əhali sağlam qalmaq üçün məhdudiyyətlərə bağlı olmalıdır və bu qaydlara riayət etmək artıq bir normaya çevrilməlidir.

Bunu da qeyd etmək lazımdır ki, karantin rejiminin yumşaldılması dəfələrlə ölçülüb-biçilməlidir ki, yenidən yoluxma sayının artmasına səbəb olmasın. İlk növbədə yoluxma sayı minimal səviyyəyə düşməlidir. Bundan sonra karantinin yumşaldılmasının mərhələlərini müzakirə etmək olar. Tələsik qərar, yoluxmanın sayını dəfələrlə artıra bilər”. baku.ws

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar