Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin nəhəng sosial şəbəkə hesabları dağıdıldı, Qarabağ həqiqətləri dünyaya çatdırıldı - ŞƏKİL

Tarix: 25-07-2020 19:44     Baxış: 5194 A- / A+
Ermənilərin nəhəng sosial şəbəkə hesabları dağıdıldı, Qarabağ həqiqətləri dünyaya çatdırıldı - ŞƏKİL


Minlərlə Azərbaycan gənci bir platforma altında birləşərək, Qarabağ həqiqətlərini dünyaya çatdırıb, eyni zamanda ermənilərin nəhəng sosial şəbəkə qruplarını, səhifə və profillərini dağıdıblar.

Manevr.az bildirir ki, bu barədə qaynarinfo-ya "Karabakh Is Azerbaijan” platformasının fəal üzvü və dəstəkçilərindən olan Hümbət Kənan məlumat verib. O, bildirib ki, bir ay öncə bir qrup vətənpərvər gənc tərəfindən yaradılan platforma qısa müddətdə Facebook üzrə 14 min, Telegram üzrə 1000 və Whatsapp üzrə əməkdaşlıq etdiyi digər qruplar ilə birlikdə 7000-dən çox üzv toplamağa nail olub və üzvlərin sayı günü-gündən artmaqdadır.

"Bütün fərqliliklərimizi bir kənara qoyaraq ortaq bir hədəf altında birləşmişik. Məqsədimiz informasiya müharibəsində iştirak edərək Azərbaycan ordusuna və xalqımıza dəstək olmaq, dünyanı Qarabağ və Azərbaycan həqiqətlərindən xəbərdar etməkdir.
Hazırda gənclərimizin təşəbbüsü ilə 14 günlük marafon təşkil olunub. Marafonumuzun məqsədi Twitter sosial şəbəkəsi üzərindən məkanı müvafiq ölkəyə dəyişərək vahid bir həştəq altında müxtəlif ölkələrin gündəminə düşməklə dünyaya səsimizi çatdırmaqdır. Bu günə qədər üzvlərimiz vasitəsilə
#StopArmenianAggression,
#KarabakhIsAzerbaijan,
#BeFairForAzerbaijan,
#HearTheVoiceOfAzerbaijan,
#NoSilenceForAzerbaijan,
#İşgalciDevletErmenistan,
#KİAzteam həştəqlərindən istifadə edərək Türkiyə, Fransa, Belçika, ABŞ kimi ölkələrin "Twitter" trendində ilk sıralarda və dünya trendində isə ilk beşlikdə yer almışıq".

Hümbət Kənan eyni zamanda Qarabağ və Azərbaycan həqiqətlərini, ermənilərin bizə qarşı olan aqresiyasını dünya arenasında işıqlandırmaq üçün beynəlxalq dil olan ingilis dilində videolar hazırlandığını da sözlərinə əlavə edib. O, bildirib ki, platformanın rəsmi saytı da hazırlanma mərhələsindədir və saytda Qarabağ və Azərbaycan haqqında həqiqətlər, müxtəlif layihələr, təşəbbüskarlar haqqında məlumatlar və hazırlanan videolar yer alacaq.

"Layihədə idarə heyətində Urfan Sərkərov, Uğur İmaməliyev, Yusif Xəlilov, Mürsəl Mürsəlli, Yunus Babasoylu, Lalə Həmidli, Nərmin Seyidova, Rüstəm Səfərli, İlkin Namazlı, Ənvər Məmmədli və b. var. Platformanın bütün üzvləri həmrəy olaraq vətən üçün bu informasiya müharibəsində canla-başla iştirak edir", - deyə Hümbət Kənan əlavə edib.

Platforma üzvləri həmçinin ermənilərin facebook, instagram kimi sosial şəbəkələrdə iri səhifə, qrup və profillərinin bağlanmasına da nail olublar.

Ermənilərin nəhəng sosial şəbəkə hesabları dağıdıldı, Qarabağ həqiqətləri dünyaya çatdırıldı - ŞƏKİL
Ermənilərin nəhəng sosial şəbəkə hesabları dağıdıldı, Qarabağ həqiqətləri dünyaya çatdırıldı - ŞƏKİL
Ermənilərin nəhəng sosial şəbəkə hesabları dağıdıldı, Qarabağ həqiqətləri dünyaya çatdırıldı - ŞƏKİL
Ermənilərin nəhəng sosial şəbəkə hesabları dağıdıldı, Qarabağ həqiqətləri dünyaya çatdırıldı - ŞƏKİL
Ermənilərin nəhəng sosial şəbəkə hesabları dağıdıldı, Qarabağ həqiqətləri dünyaya çatdırıldı - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar