Sizin Reklam Burada
Xəbər lenti
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda toyların keçiriləcəyi tarix açıqlandı

Tarix: 24-07-2020 05:24     Baxış: 3178 A- / A+
Azərbaycanda toyların keçiriləcəyi tarix açıqlandı

Koronavirus pandemiyasına görə Azərbaycanda toyların keçirilməsi qadağan olunub. Ölkədə epidemoloji vəziyyət düzəldikdən sonra toyların yenidən keçirilməsinə icazə veriləcəyi bildirilir.

Qeyd edək ki, son həftə yoluxmaların sayı xeyli azalıb. Hətta sağalanların sayı təxminən iki dəfə artıb. Yoluxma dinamikası azalmaqda davam edərsə, toyların günorta saatlarında müəyyən qaydalara əməl etməklə açıq havada keçirilməsinə icazə verilə bilərmi?

Baş infeksionist Cəlal İsayev bu barədə fikir səsləndirməyin düzgün olmadığını deyib.

“Hazırda 14 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Avqustun 5-nə xeyli vaxt var. O dövrə kimi hansı dinamikanı müşahidə edəcəyimiz bilinmir. Əgər o dövrə kimi vəziyyət stabilləşərsə, Operativ Qərargah tərəfindən bu barədə qərar qəbul edilə bilər”, – deyə o vurğulayıb.

Cəlal İsayevin fikrincə, toylar açıq havada və günorta saatlarında keçirilsə belə sosial məsafə qoruna bilməyəcək:

“Bu barədə ancaq epidemoloji situasiya stabilləşdikdən sonra qərar veriləcək. İnsanlarımız bir az səbirli olsunlar. Operativ Qərargahın qoyduğu qaydalara tam əməl etməyə çalışsınlar. Biz bu yolla tezliklə normal həyatımıza qayıdıb, toylarımızı da, ad günləri və digər məclislərimizi də rahat şəkildə keçirə bilərik”. konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar