Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Hyustonda Ordumuza dəstək aksiyası keçirildi - VİDEO

Tarix: 23-07-2020 13:08     Baxış: 4559 A- / A+
Hyustonda Ordumuza dəstək aksiyası keçirildi - VİDEO


Dünya azərbaycanlılarının Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına qarşı günlərdir etiraz aksiyaları və yürüşlər keçirilir.

Növbəti dinc aksiya Amerika Birləşmiş Ştatlarının Texas ştatının Hyuston şəhərində baş tutub.

Əsgərlərimizin şərəfinə musiqi sədaları altında avtomobillə Hyuston küçələrində aksiya keçirən soydaşlarımızın qürurverici görüntüləri sosial mediada rəğbətlə qarşılanıb.

Həmvətənlərimizin avtomobillərinin üzərində də “Qarabağ Azərbaycandır” kimi plakatlar yapışdırılıb, üçrəngli bayrağımız dalğalandırılıb.

Aksiya iştirakçıları hərbi təxribatlar zamanı həlak olmuş Azərbaycanın qəhrəman hərbçilərinin və mülki vətəndaşlarının əziz xatirəsini yad edib.

Tədbirdə soydaşlarımız tərəfindən “Ermənistanın işğalçı siyasətinə son!”, “Şəhidlər ölməz, vətən bölünməz” və “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib./Baku TV

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar