Xəbər lenti
Azərbaycan Dəmir Yollarının 2030-cu ilə qədər strategiyası müzakirə edilib
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Koporativ Strategiya”sının hazırlanması məqsədi ilə bu il mayın 21-də dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə müqavilə imzalanıb, bu istiqamətdə təhlillər davam etdirilir.
Manevr.az xəbər verir ki, iyulun 17-də Cəmiyyətin İdarə Heyəti və həmin şirkətin nümayəndələrinin iştirakı ilə videokonfrans təşkil olunub. Videokonfrans zamanı “McKinsey&Company” şirkətinin nümayəndələri layihənin gedişatı barədə ətraflı məlumat təqdim ediblər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov əlverişli coğrafi mövqedən səmərəli istifadə etməklə, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində dəmir yolunun artan roluna diqqət çəkib və son dövrlərdə bu istiqamətdə atılan məqsədyönlü addımların ölkənin tranzit potensialına müsbət təsirini vurğulayıb. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” QSC-nin əməliyyat effektivliyinin artırılması ilə yanaşı, nəqliyyat zəncirinin bütün halqalarının prosesdə iştirakının artırılması və müvafiq dəhlizlərin inkişafında maraqlı tərəflərlə əməkdaşlığın vacibliyini qeyd edib.
Daha sonra, “McKinsey&Company” şirkətinin dəmir yolu sektoru üzrə beynəlxalq ekspertləri tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinə qlobal və regional dəmir yolu sektorunun icmalı və trendləri, COVİD-19 pandemiyasının dəmir yolu sektoruna təsiri mövzularına dair təqdimat edilib. Strategiyanın daha uğurlu olması üçün qlobal və regional trendlərin gözlənilən təsirləri müzakirə olunub, bu mövzuda tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar