Xəbər lenti
Deputat daha bir seçici müraciətini yerinə yetirdi
Əziz seçicilər!
Artıq uzun müddətdir ki, sizləri narahat edən məsələləri biz onlayn platforma üzərindən həll etməyə çalışırıq. Növbəti dəfə Dəliməmmədli şəhərinin sakinlərini narahat edən bir məsələni sizlərin nəzərinə çatdırmaq istəyirəm. Bir müddət öncə Dəliməmmədli şəhər ağsaqqalları və ziyalıları mənə facebookda müraciət edərək, Dəliməmmədli şəhərində kəndlərə çıxış olan üç yol deyilən yerdə avtobus dayanacağının qanunsuz olaraq sökülərək mağaza kimi istifadəyə veriləcəyini bildirmişdilər. Əfsuslar olsun ki, ölkədə karantin rejimi ilə əlaqədar olaraq avtobusların işləməməsini fürsət bilən, öz vəzifəsini layiqincə yerinə yetirməyən bəzi məsuliyyətsiz şəxslər belə özbaşınalığa yol vermiş, 30 illik dayanacağın ticarət obyekti kimi istifadə olunmasına icazə vermişdilər. Biz də seçicilərimizin müraciətini nəzərə alaraq, dərhal məsələni tam təfsilatı ilə araşdırdıq. Şəhər ağsaqqallarının, müraciətinə əsasən aidiyyəti qurumlar qarşısında problemin aradan qaldırılması üçün köməklik olunmasını istədik. Goranboy rayon İcra Hakimiyyəti tərəfindən məsələyə operativ reaksiya verildi və birgə köməkliklə sakinlərimizi narahat edən məsələ öz həllini tapmış oldu.
Əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm!
Bütün seçicilərimi əmin etmək istəyirəm ki, sizdən gələn bütün müraciətləri müvafiq icra orqanları qarşısında qaldıracaq, hər zaman yanınızda olacam. Çünki #DahaGüclüAzərbaycanNaminə #Bizbirlikdəgüclüyük
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar