Sizin Reklam Burada
Xəbər lenti
06-11-2026
05-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə narkotik satan aparatlar qoyuldu

Tarix: 21-07-2020 02:57     Baxış: 4234 A- / A+
Bu ölkədə narkotik satan aparatlar qoyuldu

Çex Respublikasında çətənə və onun əsasında hazırlanan məhsulları satan aparatlar quraşdırılıb.

İlk qurğular Praqa, Ostrava, Çeb və Olomoutsda qoyulub.

Bildirilir ki, məhsul çeşidləri hələlik azdır - çətənə yağı, qida əlavələri, çətənə tərkibli maz və damcılar, həmçinin təmiz halda qurudulmuş bitki.

Söhbət texniki kənafdan (çətənədən) gedir. Onun tərkibində tetrahidrokannabinol (THC) adlanan narkotik maddənin miqdarı 0,3%-dən çox deyil.

Yaxın həftələrdə "CBD-Mat" (CBD- kannabidiolun qısaldılmış forması) adlanan aparatların sayının 50-yə çatacağı planlaşdırılır.

Onlar böyük idman zalları, otellər və ya hava limanlarında yerləşdiriləcək.

Xatırladaq ki, Çexiya apteklərində 2013-cü ildən marixuananın azad satışına icazə verilib. Bundan əlavə, Çex Respublikasında həkim resepti olmadan tibbi çətənə becərib satmaq da qanuni olaraq icazəlidir, çünki bu çətənə məstedici təsirə malik deyil. Onu evdə maz və digər dərman məhsulları hazırlamaq üçün istifadə etmək mümkündür. sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar