Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

YENİ BƏLA: 2025-ci il üçün bədbin proqnoz verildi

Tarix: 20-07-2020 10:30     Baxış: 2188 A- / A+
YENİ BƏLA: 2025-ci il üçün bədbin proqnoz verildi


Dünyada son 3 milyon il ərzində ən fəlakətli durum qeydə alınacaq.

Manevr.az xəbər verir ki, Sauthempton Universitetinin yeni araşdırmasına görə, 2025-ci ilə qədər Yer atmosferindəki karbon qazının səviyyəsi son 3,3 milyon il ərzində ən isti dövrlərdən belə, daha yüksək səviyyədə olacaq.

Alimlər Karib dənizinin okean çöküntülərindəki kiçik qalıqların kimyəvi tərkibini təhlil ediblər. Bu məlumatlar Pliosen dövründəki atmosferin kimyəvi tərkibini müəyyənləşdirməyə imkan verib.

Tədqiqat müəllifləri borun izotopik tərkibinə diqqət yetiriblər. Bu element birhüceyrəli orqanizmlərin – foraminiferlərin membranlarında mövcuddur.

Onlar uzunluğu 0,5 mm-dən çox olmur, milyonlarla il ərzində tədricən dəniz dibi üzərində yığılırlar. Borun izotop tərkibi dəniz suyunun turşuluğundan asılıdır və pH da öz növbəsində atmosfer CO2-nin konsentrasiyasını göstərir.

Qeyd edək ki, üç milyon il əvvəl planetimizdəki orta istilik bu gündən 3 dərəcə yüksək olub. Qütbdəki buz örtükləri azalıb və dəniz səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.

Bənzər iqlim prosesləri bu gün də baş verir. Alimlər bu cür istiləşmə dövrlərinin Yerin ekosisteminə necə təsir etdiyini öyrənməyi planlaşdırıblar və gözlənilməz faktlar aşkarlayıblar. Məlum olub ki, ən isti dövrlərdə belə, CO2 səviyyəsi milyona 420 (ppm) hissəni keçməyib.

Bu, indiki göstəricilərlə müqayisə edilə bilər (415 ppm). Amma havadakı karbon qazının miqdarı ildə 2,5 promil sürətlə artmaqda davam edir. Bu isə o deməkdir ki, 2025-ci ilə qədər Yer kürəsində Pliosen dövrünün istiləşməsi zamanı olan “rekord” yenisi ilə əvəz olunacaq.

“Gələcəkdə CO2 göstəriciləri son 15 milyon ildə ən yüksək həddə də çata bilər” – deyə araşdırma müəllifi Alvin de la Vega qeyd edib.

XXI əsrdə iqlim üç milyon il əvvəlkindən daha soyuq olaraq qalır. Amma alimlərin fikrincə, bu müvəqqəti bir təzahürdür. Bu günə qədər atmosfer prosesləri müəyyən dərəcədə CO2 emissiyalarını kompensasiya edib, lakin onların həcmi artmaqda davam edir. / Sputnik/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar