Xəbər lenti
"Qərarımız qüvvədədir" - heç bir Ermənistan məhsulu, erməni iş adamı əraziyə buraxılmır"
Xəbər verildiyi kimi, artıq bir neçə gündür ki, Moskva şəhərində fəaliyyət göstərən Food City topdansatış bazasına erməni ticarətçilər buraxılmır. Bu qərarı sözügedən bazarın azərbaycanlı sahibləri İlham Rəhimov və yəhudu əsilli iş adam Qod Nisanov veriblər. Məlumatı İlham Rəhimov şəxsən özü də təsdiqləyib.
O, ötən gün jurnalist Aygün Muradxanlıya verdiyi müsahibədə məsələnin detallarını ictimaiyyətə izah edib. Əsas səbəb kimi Ermənistanın Tovuz rayonuna son hücumu göstərilir.
İyulun 18-də sosial şəbəkələrdə erməni ticarətçilərin guya Food City-ə geri döndükləri, orada məhsul satdıqları haqda video yayılıb. Bununla bağlı jurnalist Aygün Muradxanlı professor İlham Rəhimovdan eksklüziv açılama alaraq özünün Facebook hesabında paylaşıb.
İ.Rəhimovun açıqlamasını əks etdirən statusu təqdim edirik:
"Bu görüntülər, yəqin ki, bir erməni provakasiyasıdır. Bir neçə dəqiqə öncə professor İlham Rəhimovla danışdım. Bu videonu çəkən axtarılır... Dediklərini nöqtə-vergülünə toxunmadan paylaşıram: ”Bu çəkilişi mənə də göndərmişdilər. Dərhal göstəriş verdim ki, provakasiyanı kimlərin təşkil etdiyi araşdırılsın. Food City-də bir nəfər də erməni yoxdur. Qərarımız qüvvədədir - heç bir Ermənistan məhsulu, erməni iş adamı əraziyə buraxılmır. Food City-nin işlətməçilərinə bununla bağlı tapşırıq verilib. Provakasiya yersizdir”.
Yada salım ki, artıq 3 gündür, Avropanın ən böyük topdansatış mərkəzi olan Food City-də Ermənistan məhsullarının satışı dayandırılıb. Bu, Ermənistan iqtisadiyyatı üçün böyük itkidir". musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar