Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat Goranboy rayon Qazanbulaq qəsəbəsinin su problemini həll etdi

Tarix: 19-07-2020 22:43     Baxış: 2257 A- / A+
Deputat Goranboy rayon Qazanbulaq qəsəbəsinin su problemini həll etdi


Manevr.az pressxeber.com-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu ərazisində sakinlərin etdiyi müraciətlərə əsas olaraq Goranboy rayon Qazanbulaq qəsəbəsinin su problemini həll edib. Onun su problemi ilə bağlı müraciətin təqdim edirik:

"Əziz seçicilər!
Öncədən də məlumat verdiyim kimi, karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq vətəndaşlarla səyyar qəbullar təşkil edə bilməsək də mütəmadi olaraq onlayn qəbullarımız davam edir. Ötən telefon danışığı zamanı Goranboy rayonu Qazanbulaq qəsəbəsindən Xəzər Əkbərli və Nizami Xudaquliyev qəsəbədə su probleminin olması ilə bağlı müraciət etmişdilər. Biz də operativ şəkildə məsələnin həll olunması üçün lazımı qurumlara müraciət edib, tez bir zamanda bu müraciətin öz həllini tapmasına nail olduq.
1000-ə yaxın sakini olan Qazanbulaq qəsəbənin ən böyük problemi su ilə bağlıdır. Qazanbulaq qəsəbəsi Kürəkçayın aşağı hissəsində yerləşir və sudan istifadə edən 140 ev təsərrüfatı var. Qışda, payızda və yazda insanlar normal qaydada içməli su ilə təmin edilir, amma hazırda çayda su demək olar ki, quruyub. Bu da su ilə təchizatda fasilələrin uzanmasına səbəb olur. Buna görə təşəbbüsümüzlə 7 saylı Regional Sukanal idarəsinin müdiri Xaqani Vəliyevin köməkliyi ilə biz yeni su nasosunun qoyulmasına və Goranboy suvarma sistemləri idarəsinin müdiri Gündüz Bağırovun birgə köməkliyi ilə gölün diametrinin traktor vasitəsilə 2 dəfə genişləndirilməsinə nail olduq.
Məsələnin həlli ilə bağlı çevik reaksiyaya görə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov başda olmaqla, bu prosesdə müvafiq dəstəyi verən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə təşəkkür edirəm.
Bir daha bütün seçicilərimə səslənərək bildirmək istəyirəm ki, hər zaman yanınızda olacam və sizi narahat edən məsələlərin həlli üçün əlimdən gələni əsirgəməyəcəm."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar