Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın Rusiyadakı Səfirliyi: Ordu sıralarına qatılmaq üçün soydaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur

Tarix: 18-07-2020 03:56     Baxış: 3235 A- / A+
Azərbaycanın Rusiyadakı Səfirliyi: Ordu sıralarına qatılmaq üçün soydaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur

Cari ilin 12-13 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşma ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə bu ölkədə yaşayan soydaşlarımızdan çoxsaylı müraciətlər daxil olmaqdadır.

Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən müraciətlərdə onlar son hadisələrlə əlaqədar öz ciddi narahatlıqlarını ifadə edir, Azərbaycanın ordu sıralarına qatılmaq üçün səfirlikdən köməklik və dəstəyin göstərilməsini xahiş edirlər.

Səfirlik tərəfindən Rusiya vətəndaşları olan həmvətənlərimizə göstərdikləri vətənpərvərlik və qətiyyətli mövqeyə görə təşəkkür edilərək, hazırda orduya əlavə canlı qüvvənin cəlb edilməsinə ehtiyacın olmadığı bildirilib. Vurğulanıb ki, Azərbaycan müasir silahlı qüvvələrə malikdir və qüdrətli ordumuz Ali Baş komandanın əmri ilə istənilən hərbi tapşırığı yerinə yetirməyə və işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar