Xəbər lenti
Ekspertdən HƏYƏCAN TƏBİLİ - Bakıda COVID-19 partlayışı yaşanacaq
“Virusdan qorunmaq üçün aparıcı faktor qoruyucu vasitələrin istifadə olunması və sosial məsafənin gözlənilməsidir. Dünənki izdihamda minlərlə insan var idi, onların əksəriyyəti qoruyucu vasitələrdən istifadə etməmişdi, maska taxmamışdı, təbii ki, orda 2 m sosial məsafədən söhbət gedə bilməzdi, böyük sıxlıq yaranmışdı”.
Bu sözləri açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman Ordumuza dəstək məqsədilə keçirilən nümayişdə karantin tədbirlərinin pozulması haqqında danışarkən deyib. Həkim bildirib ki, fərdi qoruyucu vasitələrin istifadə edilməməsi, həm də sosial məsafənin itməsi yaxın gələcəkdə - bir-iki həftə müddətində COVID-19 xəstələrinin sayında sürətli artıma səbəb olacaq.
“Aksiyaya çıxanlar arasında koronavirus daşıyıcılarının, o cümlədən asimptomatiklərin olması istisna edilmir. Təbiidir ki, bu zaman ətrafdakıları da yoluxdururlar. Yoluxmuş insanlar isə ailə üzvlərinin xəstələnməsinə bilavasitə səbəb olur. Protokollarda da qeyd olunub ki, bir COVID-19 xəstəsi 4 nəfəri yoluxdura bilir.
Yürüş iştirakçılarının sayını və onların 4 dəfə artdığını nəzərə alın. Görün bu nə qədər böyük rəqəmlər deməkdir. Odur ki, yaxın 1 həftə və ya 10 gün müddətində Bakı şəhərində koronavirus xəstələrinin sayında ciddi şəkildə artım olacaq”.
Həkim qeyd edib ki, xəstə sayının ciddi şəkildə artması səhiyyə sisteminin yüklənməsinə gətirib çıxara bilər:
“İnsanların kütləvi şəkildə dəfn mərasimlərində iştirakı, həmin yerlərdə hərbçilər və zabitlərlə sıx təmasları Ordu üçün də ciddi təhlükədir. Dünənki izdiham nəticəsində Bakıda COVID-19 partlayışı yarana bilər. Odur ki, ikiqat ehtiyatlı və məsuliyyətli davranmalıyıq”./Publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar