Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Karantin rejimi uzadılsa, Bakı metrosu açılacaq? - Rəsmi cavab

Tarix: 17-07-2020 10:27     Baxış: 4236 A- / A+
Karantin rejimi uzadılsa, Bakı metrosu açılacaq? - Rəsmi cavab


Azərbaycan Prezidentinin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycanda sərt karantin rejiminin daha 2 həftə uzadılacağı ilə bağlı müzakirələrin aparıldığını açıqlayıb.

Vətəndaşları daha çox düşündürən isə sərt karantin günlərində "Bakı Metropoliteni" QSC-nin fəaliyyətinin bərpa olunub-olunmayacağıdır.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bütün qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:

"Amma Bakı metrosu sərişinlərə xidmət üçün hər an hazırdır. Metropoliten 20 iyul səhər saat 6:00-da xidmət üçün hazırdır. Amma qərar necə olacaq, sərt karantin rejimi uzadılacaqmı, detallar necə olacaq, metro ilə bağlı hansı qərar veriləcək, bu, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunacaq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar