Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Laçınlı gənclər döyüşə getmək üçün kütləvi şəkildə qeydiyyatdan keçiblər

Tarix: 17-07-2020 03:54     Baxış: 3724 A- / A+
Laçınlı gənclər döyüşə getmək üçün kütləvi şəkildə qeydiyyatdan keçiblər

Laçınlı gənclər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin döyüş əmrini səbirsizliklə gözləyirlər.

İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı odumuzun şücaəti sayəsində qətiyyətlə alınıb, igid döyüşçülərimizin həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri oturdurularaq canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib.

İyulun 15-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışından sonra ölkəmizin ayrı-ayrı şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 200-dən çox laçınlı gənc də döyüşdə könüllü şəkildə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə müraciət edərək hərbi qeydiyyata alınıb.

Mənfur düşmənə qarşı döyüşlərdə könüllü şəkildə iştirak etmək üçün müraciət edən laçınlı gənclərə rayon rəhbərliyinin təşəkkürü çatdırılıb, müraciətləri ilə bağlı onlara müvafiq qanunvericiliyin tələbləri ətraflı izah olunaraq atdıqları bu addım yüksək qiymətləndirilib.

Laçınlılar Azərbaycan Ordusuna dəstək vermək üçün hamılıqla Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə tam hazır olduqlarını bəyan ediblər.

Hazırda da laçınlı gənclərin düşmənə qarşı döyüşlərdə könüllü şəkildə iştirakları ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə müraciətləri davam etməkdədir. report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar