Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
BÜTÜN XƏBƏRLƏR

Yaponiya şirkəti tərcüməçi-maska hazırlayıb

Tarix: 11-07-2020 11:18     Baxış: 4294 A- / A+
Yaponiya şirkəti tərcüməçi-maska hazırlayıb


Yaponiyanın robotlar istehsalı ilə məşğul olan "Donut Robotiks” şirkəti sahibinin nitqini digər dillərə tərcümə edən ağıllı tərcüməçi-maska hazırlayıb.

"Techeblog” saytı xəbər verir ki, "C-Face” adlanan həmin maska virusdan qorumaqla yanaşı, onun sahibinin dediklərini doqquz dilə - Koreya, Vyetnam, Çin, tay, fransız, ingilis, ispan, İndoneziya və yapon dillərinə tərcümə edir. "Bluetooth” vasitəsilə smartfona qoşulan maska plastikdən hazırlanıb.

Qeyd edək ki, "Donut Robotiks” şirkəti bir neçə ildir ki, "Haneda” beynəlxalq aeroportunun sifarişi ilə tərcüməçi robotlar üzərində işləyir. Maskanın hazırlanması zamanı məhz bu texnologiyadan istifadə olunub.

Maskanın kraudfandinq üzərindən toplanan vəsaitlə istehsal olunması planlaşdırılır. Layihə üçün artıq 260 min dollar vəsaitin toplandığı bildirilir. Yeni məhsulun cari ilin sentyabrından satışa çıxarılacağı gözlənilir.

Təqribən 40 dollar dəyərində olan maskanın əvvəlcə Yaponiyada, sonra Çin, Avropa ölkələri və ABŞ-da satışı nəzərdə tutulur.

Şirkətdən gələcəkdə maskanın yalnız danışığı deyil, həm də görüntünü tərcümə etməsi üçün işin davam etdiriləcəyini bildiriblər.(AZƏRTAC)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar