Xəbər lenti
Cənab nazir, bu qadını bağışlamağınızı xahiş edirəm - Vilayət Eyvazova müraciət
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab general-polkovnik Vilayət Eyvazova
"Tarixin Səhifələri" qəzetinin redaktor müavini, Pressxeber.com saytının admini Elçin Məhəmməd oğlu Tağıyev tərəfindən
M Ü R A C İ Ə T
Cənab nazir, bildiyimiz kimi bu gün koronavirus adlı pandemiya dünya ölkələrini cənginə almaqda davam edir. Təəssüflər olsun ki, bu bəla Azərbaycandan da yan keçməyib. Biz əminliklə inanirıq ki, ölkə başçısı cənab İlham Əliyevin ciddi tapşırıq və tövsiyələri, qabaqlayıcı tədbirlər və dezinfeksiya işlərinin həmcinin karantin rejminin tətbiq edilməsi nəticəsində ölkəmizdə virus qurbanlarinın sayı az olacaq, ən əsası da Azərbaycan dovləti bu bəlaya qalib gələcək. Həmin gunü isə dövlətimiz və xalqimız üçün ən uğurlu bir gün olacaq.
Cənab nazir, bilirik ki, bu çətin dövrdə ən məsuliyyətli vəzifə sozsüzki DİN-in əməkdaşlarinın üzərindədir. Polis əməkdaşları gece-gundüz dayanmadan çalışır, həm asayişimizi, sağlamlığımızı layiqincə qoruyurlar. Bu qayğıkeşlik, vətənpərvərlik naminə bütün DİN-nin şəxsi heyətinə sonsuz təşəkkürümü bildirirəm. Azərbaycan polisi bizləri qoruduğu kimi, biz də onların misilsiz zəhmətlərini qiymətləndirməliyik.
Cənab nazir, bilirik ki, son vaxtlar sərtləşdirilmis karantin rejimini pozan, qaydalara əməl etməyən kafe və restoranlar, istirahət mərkəzləri, otellər aşkarlanaraq polis əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunmuşdular.
Bu gün bu tətbiq olunan qanun hər-bir vətəndaşın sağlam gələcəyinin qorunmasına bir nişanədir. Odur ki tətbiq edilən qaydalara əməl etməliyik.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtariş tədbiri zamanı Sabunçu bazarının içərisində gizli şəkildə fəaliyyət göstərən adsız kafe aşkarlanmışdır. Aparılan reydlər nəticəsində 9 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunublar. Saxlanılanlar 9 nəfərdən birinin qadın olduğunu bildirir və onun bağışlanmağını Sizdən xahiş edirəm. Bəli, pandemiya dövrüdür, virusdan qorunmaq lazımdır. Buna gorə də hər bir kəs ozünü və yaxınlarını bu bəladan qorumalıdır.
Bu şəkil bir çox sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Dogrudan da bu qadının qayğıkeşliyi, zəhmətkeşliyi ailəsi və övladları üçün bir tikə çörək ucbatından məcbur edib ki, hansısa bir kafedə gündəlik qazanc üçün qabyuyan və xadimə işləsin.
Hörmətli Vilayət Eyvazov, şəkildə görünən bu qadının geymi və zahiri görnüşü, üzündəki qayğıkeşlik və ehtiyac içində yaşaması məni məcbur etdi ki, Sizə müraciət edim.
Sizdən xahiş edirəm ki, haqqında bəhs etdiyim qayğıkeş, zəhmətkeş bir ananın səhvini bağışlayasız.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar