Xəbər lenti
Alış-veriş çekləri sonsuzluq və xərçəng yaradır - Həkimdən ŞOK XƏBƏRDARLIQ

Mağazalarda, AVM-lərdə, terminallarda və ya bankomatlarda davamlı əlimizdə olan çeklərin sağlamlığınızı təhlükəyə atdığını bilirdinizmi?
Çeklərdə olan BPA ("Bisfenol-A") maddəsi sonsuzluqdan xərçəngə qədər bir çox problemə səbəb olur.
Türkiyəli fitoterapiya mütəxəssisi Buğra Buyrukçu istehlakçılara insan sağlamlığına ziyan vuran "Bisfenol-A" maddəsi tərkibli məhsullar barədə xəbərdarlıq edib.
Ən sıx istifadə etdiyimiz və ya toxunduğumuz məhsulların ilk pilləsində alış-veriş çekləri və plastik qabların gəldiyini söyləyən ekspert onlarla təmasın təhlükəsi barədə danışıb:
""Bisfenol-A" qadınlarda yumurtalıqların həcmini azaldır, erkən menopozun yaranmasına səbəb olur. Embrionun uterusa yapışmasını çətinləşdirir. Bu kimyəvi maddəyə davamlı məruz qalan hamilə qadınların körpələri risk altındadır. Doğuşdan sonra davranış pozğunluğu yarana bilər".
Mütəxəssis bildirib ki, istifadə etdiyimiz plastik məhsulların tərkibini də yoxlamaq sağlamlığımız üçün mütləq şərtdir. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar