Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

AMEA-dan koronavirusa yoluxan şöbə müdiri ilə bağlı AÇIQLAMA

Tarix: 03-07-2020 16:44     Baxış: 3264 A- / A+
AMEA-dan koronavirusa yoluxan şöbə müdiri ilə bağlı AÇIQLAMA

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhətilə bağlı sosial şəbəkələrdə müzakirə olunan məsələyə institutun Mətbuat xidməti münasibət bildirib.

İnstitutdan verilən məlumata görə, filologiya elmləri doktoru, Nəzəri dilçilik şöbəsinin müdiri İdris Abbasov 1 iyul 2020-ci il saat 12:30-da institutda olub.

Qeyd olunub ki, iş prosesi zamanı İdris Abbasov əməkdaşlarla görüşüb, səhhətinin normal olduğunu bildirib: "2 iyulda özünün şəxsi feysbuk səhifəsində status yazan İdris Abbasov səhhətində müəyyən problemlərin olduğunu ictimailəşdirib. Dərhal institut direktoru, akademik Möhsün Nağısoylu və elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli İdris Abbasovla telefon əlaqəsi yaradıblar. O isə heç bir köməyə ehtiyacı olmadığını, vəziyyətinin hələlik normal olduğunu diqqətə çatdırıb. Bu gün isə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli saat 10:45-də şöbə müdiri İdris Abbasovla telefonla danışıb, onun səhhəti ilə xüsusi olaraq maraqlanıb. İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA-nın diqqətindəndir. AMEA rəhbərliyi İdris Abbasova hər cür maddi və mənəvi kömək göstəriləcəyini bildirir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar