Xəbər lenti
“Müəllimləri onlayn dərslərə hazırlamaq lazımdır” - Ekspert
Məlum olduğu kimi, son vaxtlar ölkədə virusa yoluxanların sayı artdığı üçün ölkədə iki həftəlik ciddi karantin rejimi tətbiq edildi. Hazırda yoluxma sayında stabillik yaransa da, azalma müşahidə edilməyib. Vəziyyətin nə qədər belə davam edəcəyi isə vaksin tapılmadığı üçün sual altındadır. Maraqlıdır, virus yox olmayacağı təqdirdə, sentyabrda məktəblərin qapalı qalması mümkündürmü?
Manevr.az-ın məlumatına görə təhsil eksperti Elşən Qafarov yenisabah.az-a açıqlamasında bildirib ki, sentyabrın 15-i vəziyyətin necə olacağını proqnozlaşdırmaq çətindir. Bu səbəblə indidən Təhsil Nazirliyi tərəfindən onlayn tədrislə bağlı addımlar atılmalıdır:
“Vəziyyətin uzanıb-uzanmayacağını bilmirik. Bunu zaman göstərəcək. Ölkədə pandemiyanın bu qədər uzun davam etməsi bir qədər düşündürür. Lakin mən inanmıram ki, sentyabrda dərslər başlamasın. Hazırda inanmaq istəyirəm ki, dərslər başlayacaq. Yox, əgər karantin müddəti uzadılarsa, Təhsil Nazirliyi virtual məktəblə yanaşı, müəllimlərin onlayn şəkildə xüsusi İKT kurslarına cəlb edilməsi üçün addımlar atmalıdır. Bu, çox vacibdir. Sentyabradək müəllimlərin böyük bir hissəsi hazırlanmalıdır. Ölkədə virtual məktəb layihəsinə müəllimlərin çox kiçik bir qismi qoşulub. Qeydiyyatdan keçsələr də, aktiv dərsi keçən hissə çox kiçikdir. Müəllimlərə onlayn seminarlar keçirilməlidir ki, onlar sentyabra hazır olsunlar. Həmçinin sosial tədbirlər keçirilməlidir”.
Ekspert qeyd edib ki, şagirdlərin, xüsusilə də müəllimlərin yaşadığı ünvanda internetin təmin edilməsi ilə bağlı aidiyyəti orqanlara göstəriş verilməlidir:
“Amma təkcə Təhsil Nazirliyi yox, hökumət də müəyyən sosial tədbirlər görməlidir. Müəllimlərə faizsiz şəkildə kompüterlərin kreditlə verilməsi ilə bağlı müəyyən layihə həyata keçirilməlidir. Misir Mərdanovun vaxtında belə bir layihə olub. Şagirdlərin internet problemi yaşamasında gəldikdə isə ölkədə internetlə bağlı ciddi işlər gedir, yeni 5G sisteminin tətbiqi üçün addımlar atılır. Hətta mən indi ucqar rayonumuzda-Lerikdəyəm. Bura dəniz səviyyəsindən min metr yüksəklikdədir. Burada 4G sistemi təmiz verilib”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar