Xəbər lenti
Ağsu və Şamaxıya istirahətə gedənlər cərimələndi

Ağsuda avtobusda tibbi maskadan istifadə etməyən şəxslər cərimələnib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Ağsu rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Şamaxı rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusu saxlayarkən sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən edilib.
Sabirabaddan Ağsu və Şamaxı rayonlarına gəzmək məqsədilə gələn gənclərə tibbi maskadan istifadənin zəruri olduğu və ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar olaraq sosial izolyasiya qaydalarına riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb.
Sürücü və sərnişinlər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































