Xəbər lenti
“Heç kim dostbazlıq, qohumbazlıq edib, bu gözəl təşəbbüsə xələl gətirməsin” – Baş redaktor
“Dünyanın hər yerində yaradıcı adamlar, o cümlədən jurnalistlər həssas təbəqə sayılırlar. Buna görə jurnalistlər üçün ən müxtəlif güzəştlər mövcuddur. Azərbaycanda da jurnalistlərə həmişə qayğı göstərilib. Bakının Səbail rayonunda çoxmərtəbəli 3 binanın inşası bunun bariz nümunəsidir. Mən ölkə başçısının müvafiq sərəncamını bu kontekstdən dəyərləndirirəm. Hesab edirəm ki, Azərbaycan Milli Mətbuatının 145 illiyinin dövlət səviyyəsində qeyd olunması bütövülkdə mətbuatın inkişafına töhfə verərək, yeni perspektivlər açacaq”.
Manevr.az xəbər verir ki, bu sözləri modern az-a açıqlamasında yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Baş redaktor bildirib ki, Prezidentin sərəncamnda jurnalistlərin mükafatlandırılmasıyla bağlı mühüm bir bənd var:
“Prezident jurnalist təşkilatlarından və redaksiyalardan təkliflər gözləyir. Jurnalist təşkilatlarının rəhbərlərindən, baş redaktorlardan bir xahişim var: əvvəllər olduğu kimi yenə öz qohum-qardaşlarının, sürücülərinin, katibələrinin adını yazıb, Prezident Administrasiyasına göndərməsinlər. Bu məsələdə ədalət prinsipini gözləsinlər. İstedadlı, zəhmətkeş jurnalistlərin qabağına daş dığırlamasınlar. Azərbaycan kiçik bir ölkədir. Kimin müdirin, kimin sözün qulu olduğunu hamı yaxşı bilir. Lütfən, heç kim dostbazlıq, qohumbazlıq, nəhayət eşqbazlıq edib, bu gözəl təşəbbüsə xələl gətirməsin”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar