Xəbər lenti
Ramin Bayramlı istefa verib? - Rəsmi açıqlama

Sərt karantin rejimi öz nəticəsini verir.
Manevr.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Bir xəstə 2 nəfərə, 2 nəfər 4 nəfərə davam etməklə insanları yoluxdurur. Hazırda yoluxmaların sayı stabilləşib. Hazırda ikiqat artım müşahidə etmirik", - Y.Qarayev qeyd edib.
O, şayiələrə aydınlıq gətirərək TƏBİB sədri Ramin Bayramlının iş başında olduğunu bildirib:
"Biz yeni layihə ilə bağlı Türkiyədən mütəxəssislər gətirmişik və Ramin Bayramlı da bu qrupda iştirak edir, xəstəxanaları ziyarət edərək, müalicə prosesinə nəzarət edir".
Prezidentin köməkçisi Hikmət Hacıyev əlavə edib ki, karantin rejiminin riyazi nəticələri qarşıdakı günlərdə özünü göstərəcək:
"Xəstəliyin yoluxma tendensiyası insanların təması zamanı baş verir. Bu gün karantindən, maska, sosial məsafə və gigiyenadan başqa xəstəliklə mübarizə üsulu yoxdur.
Amma yenə də vətəndaşlarımız və dövlətimizlə həmrəy olub, arzu etdiyimiz nəticələri əldə etməliyik. Biz yeni norma və reallıqlara uyğunlaşmağı bacarmalıyıq".axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar