Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

FHN əməkdaşlarının səlahiyyətləri artırılır

Tarix: 24-06-2020 05:18     Baxış: 3184 A- / A+
FHN əməkdaşlarının səlahiyyətləri artırılır

Nazirlər Kabineti “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası”nın təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.

Dəyişikliyə əsasən, “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası"nın müddəaları Fövqəladə Hallar Nazirliyinin fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də digər şəxslərə (bundan sonra - şəxslər) şamil edilir.

Qüvvədə olan qərara əsasən, bu, Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də digər şəxslərə (bundan sonra - şəxslər) şamil edilirdi.

Eyni zamanda, əlavə güzəştlər və kompensasiyalar şamil olunan Fövqəladə Hallar Nazirliyi fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarının, hərbi qulluqçularının, eləcə də digər şəxslərin adbaad qeydiyyatı və onların fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirakı müddətinin müəyyən edilməsi qeyd edilən şəxslərin işlədikləri (xidmət keçdikləri) müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin və fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş Silahlı Qüvvələrin növlərinin komandanlarının (onlara bərabər və ya onlardan yuxarı səlahiyyəti olan rəislərin) əmrləri əsasında həyata keçiriləcək.

İndiyə qədər bu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidmətinin fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də digər şəxslərə aid idi. baku.ws

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar