Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Deputat naziri tənqid etdi - “Süngü ilə qarşıladı…”

Tarix: 22-06-2020 15:00     Baxış: 2259 A- / A+
Deputat naziri tənqid etdi - “Süngü ilə qarşıladı…”


“Müdafiə naziri Zakir Həsənovun RealTV-dəki müsahibəsinə baxdım. Kifayət qədər maraqlı müsahibə idi. Ancaq onun özündən kifayət qədər yaşlı və kifayət qədər təcrübəli Millət vəkili olan Vahid Əhmədov haqqında söylədikləri fikirləri ilə razılaşmadım”.

Bu sözləri Milli Məclisin deputat Etibar Əliyev özünün facebook səhifəsində yazıb. Etibar Əliyev daha sonra qeyd edib ki, nazir deputat həmkarımız haqqında bunları dedi: “Hətta bəzi adamlar yalandan deyirlər ki, guya hansısa brifinq olub və mən orada Azərbaycan dilində danışa bilməmişəm. Bu, yalandır. Hətta o yoldaş orada çıxış edən zaman şəxsi tanışlığı olmayan insana “sən” deyə müraciət edir. Bunun özü onun həm Azərbaycan dilini necə bilməsinin, həm tərbiyəsinin, həm də səviyyəsinin göstəricisidir.”

Millət vəkili daha sonra Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının qanununun 7-ci maddəsini xatırladıb: “Deputat Azərbaycan Respublikası Milli Məclisinin müzakirə etdiyi bütün məsələlərə dair fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər.” Vahid Əhmədovun Müdafiə nazirliyinin rəhbərliyi haqqında fikirlərinə Milli Məclisin bir neçə deputatı cavab verdi. Düşünürəm ki, ondan sonra deputat həmkarımıza belə həqarət etmək yolverilməzdir”.

Deputat daha sonra bunları yazıb: “2019-cu ilin büdcəsinin icrasının müzakirəsində Qüdrət Həsənquliyevin və Erkin Qədirlinin fikirlərini Maliyyə naziri Samir Şərifov süngü ilə qarşıladı. Elə cavablar verdi ki, sanki bunun fəaliyyəti haqqında heç kimin söz deməyə haqqı yoxdur. Əslində Qüdrət bəyin və Erkin bəyin söylədiklərində xeyli məntiqli məqamlar var idi. Bu cür hallar Milli Məclisin nüfuzdan düşməsinə səbəb olan hallardır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar